Britaniyalılar rusları darmadağın etdi- 3:0


05:08     21 İyun 2016 541728142.jpg

Fransada keçirilən futbol üzrə Avropa çempionatında növbəti turun oyunları başa çatıb.


Femida.az xəbər verir ki, növbəti mərhələdə III turun oyunları davam edir.

Çempionatın "B" qrupu çərçivəsində Rusiya yığması Uelslə qarşılaşıb. Oyun Uels komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə Uels komandası 1/8 finala vəsiqə qazanıb.
Növbəti oyun İngiltərə və Slovakiya komandaları arasında baş tutub. Komandalar qolsuz bərabərliklə ayrılıblar.
Bununla da İngiltərə komandası 2-ci pillədən play-off mərhələsinə adlayıb.

Açar sözlər:

Oxunub: 1933