Trampa sui-qəsd cəhdi olub - VİDEO


14:00     21 İyun 2016 tramp%20sui%20qesd.jpg

ABŞ-da prezidentliyə namizəd Donald Trampa qarşı sui-qəsdə cəhd edilib.


Femida.az-ın Skay Nyus-a istinadən xəbər verir ki, Las-Veqasda mitinq zamanı 19 yaşlı Maykl Sendford adlı şəxs avtoqraf istəmək adı ilə Donald Trampa yaxınlaşıb, bu zaman mühafizə xidməti əməkdaşının silahını götürməyə cəhd edib.

M. Sendford tutulub. O, silahı D. Trampı öldürmək üçün ələ keçirmək istədiyini etiraf edib.

Araşdırmalar nəticəsində M. Sendfordun Böyük Britaniya vətəndaşı olduğu məlum olub. Onu 10 ilə yaxın həbs cəzası gözləyir.

Açar sözlər:

Oxunub: 1369