Əziz Nesinin oğlu həbs edildi


14:19     21 İyun 2016 ahmet%20nesin.jpg

Türkiyədə iki jurnalist və bir alim həbs edilib.


Femida.az xəbər verir ki, onlar “terrorçu təbliğat”ı ittihamı ilə tutulublar. Həbs edilənlər Sərhədsiz Reportyorlar (Reporters Without Borders- RSF) təşkilatının Türkiyə nümayəndəsi Erol Önderoğlu, jurnalist Ahmet Nesin və araşdırmaçı Şebnem Korur Fincancıdır.

“Növbətçi redaktor” adlanan bu kampaniyaya qoşulan ümumilikdə 44 jurnalistdən 37-si prokurorluğa ifadə verib.

Məhkəmə zalında həbs edilən Ahmet Nesin hakimlərə deyib ki, həbs ediləcəyini öncədən bilirmiş:

"Mən buraya hazırlıqlı gəlmişəm. Həbs oluna biləcəyimi bildiyimdən bütün işlərimi yoluna qoyub gəlmişəm”.

Qərb mediası yazır ki, üç nəfər Türkiyədə kürdyönlü “Özgür Gündem” qəzetinin müdafiə kampaniyasına qoşulduqlarına görə həbs ediliblər.

Qeyd edək ki, Jurnalist və araşdırmaçı Şəbnəm Korur Fincancı Türkiyə İnsan Haqları Fondunun rəhbəridir. Məşhur jurnalist və yazıçı Ahmet Nesin tanınan və sevilən yazıçı Aziz Nesinin oğludur. O, Türkiyədə parlament seçkilərindən əvvəl Ahmet Nesinin kürdyönlü HDP-dən namizəd veriləcəyi barədə xəbərlər yayılsa da, sonradan onun namizədliyi irəli sürülməmişdi.

Açar sözlər:

Oxunub: 1337