“Apreldən sonra Sarkisyana etibar itdi” - Keçmiş erməni deputat


19:45     21 İyun 2016 sarkisyan%2025.jpg

Keçmiş deputat və müharibə veteranı Vahan Badasyan prezidentlərin Rusiyada görüşündən danışarkən maraqlı açıqlama verib. O Sarkisyan rejiminin xalqı aldatmaqda və ərazilərin itirilməsində ittiham edib. O Araratnews.am saytına açıqlamasında bildirib:


"Hesab edirəm ki, bütün baş verənlərdən sonra danışıqların aparılması mənasızdır. Apreldə biz o qədər itki verdik. Bunun da nəticəsində mühüm yüksəklikləri itirdik. Biz o əraziləri qaytarmaq əvəzinə danışıqlar masasına otururuq. Fikrimcə bu addım absurddur. Buna görə də ermənilər Sarkisyana inanmır. Çünki, çox mənasız vədlər veriblər. Bu gün hələki biz məğlubuq."

Daha sonra Ermənistan hökumətini ciddi tənqid edən keçmiş deputat prezident İlham Əliyevin orduya qayğısından danışıb:

"Biz danışıqlara ümid etdiyimiz vaxtda Azərbaycan prezidenti orduya yeni döyüş helikopterləri, silahlar alır. Bu o deməkdir ki, onlar yeni müharibəyə hazırlaşırlar. Bunun nəticəsi bizim üçün Apreldən də ağır ola bilər. Sarkisyan isə verdiyi vədlərə əməl etmir."

Vahan Badasyan bu açıqlaması ilə keçmiş döyüşçü kimi itirilmiş ərazilərin mühüm strateji məntəqələr olmağı təsdiq etməklə yanaşı Sarkisyanın xalqın qarşısında etibarını itirdiyini sübut edir.

Miri Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 6266


Oxşar xəbərlər