Başından güllələnən polis öldü


18:01     22 İyun 2016 neftciler-xestexanasina-getirilenlerin-siyahisi_156632043d6140-xebervar_com98.jpg

Ağstafada güllə yarası alan polis əməkdaşı dünyasını dəyişib.


Femida.az APA-ya istinadən xəbər verir ki, axtarışda olan Tahir Fərzəli oğlu Ayralovu yaxalamaq üçün Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları Ağstafa rayonunun Dağ Kəsəmən kəndində bir neçə gün əvvəl əməliyyat keçiriblər.

Gecə saatlarında keçirilən əməliyyat zamanı T.Ayralov müqavimət göstərib və polis əməkdaşları silah tətbiq etməyə məcbur olublar.

Polisin atdığı güllələrdən biri başqa bir polis əməkdaşı, 1989-cu il təvəllüdlü Vasif Şaiq oğlu Bağırovun başına dəyib.

Əməliyyat zamanı xidmət yoldaşı tərəfindən ehtiyatsızlıqdan açılan atəşlə başından güllə yarası alan polis əməkdaşı dünyasını dəyişib.

Açar sözlər:

Oxunub: 1206


Oxşar xəbərlər