Aydın Əliyev Gəncədə tələbələrlə görüşdü


22:31     22 İyun 2016 gancaaa.jpg

Gəncədə "Heydər Əliyev və Gömrüyün İnkişafı" mövzusunda görüş keçirilib. "Gəncə -2016 Avropa Gənclər Paytaxtı" layihəsi çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ilə keçirilən görüşdə Gəncədə fəaliyyət göstərən, ali təhsil müəssisələrində təhsil alan gənclər iştirak edib.


Femida.az-ın məlumatına görə, Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev görüşdə giriş nitqi ilə çıxış edib.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev məruzəsində bildirib ki, bütün sahələrdə olduğu kimi gömrük xidmətinin də formalaşması və inkişafı müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin adı ilə bağlıdır.

Komitə sədri vurgulayıb ki, qısa zamanda gömrük xidməti yenidən qurularaq ən müasir avadanlıqlarla təmin edilib, Gömrük Məcəlləsi hazırlanaraq tətbiq olunub. Gömrük sahəsində beynəlxalq əməkdaşlıq əlaqələri qurulub.

Aydın Əliyev Azərbaycan gömrüyünün bugünkü inkişafı haqqında da gəncləri məlumatlandırıb. Rəhbərlik etdiyi qurumdakı böş vakansiyalar və işə qəbul qaydaları ilə gəncləri tanış edib.

Sonda komitə sədri gəncləri maraqlandıran suallara aydınlıq gətirib. Tədbir diskussiya şəklində davam edib.

Açar sözlər:

Oxunub: 1237