Prezidentlər yenidən görüşə bilər


02:42     24 İyun 2016 ilhamsarku.Jpeg

“Vyana və Sankt-Peterburq görüşlərində əldə olunmuş müsbət məqamları inkişaf etdirmək üçün prezidentlər arasında növbəti görüşün təşkil olunması imkanlarını araşdırırıq”.


Bu sözləri APA-ya açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

Onun sözlərinə görə, bununla bağlı hələlik konkret plan olmasa da, həmsədrlər tərəflərlə birlikdə yaxın gələcəkdə bunu həyata keçirəcəklər: "Hərtərəfli sülh sazişin elementləri, təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində stabilliyi genişləndirəcək tədbirlər istiqamətində irəliləyişin əldə olunmasını davam etdirmək tərəflər üçün çox vacibdir".

Femida.az

Açar sözlər:

Oxunub: 1221