Kemeron vəzifəsindən istefa verdi - VİDEO


16:11     24 İyun 2016 kameron2.jpg

Böyük Britaniyada keçirilən referendumun ilkin nəticələri açıqlandıqdan sonra ölkənin baş naziri Devid Kemeron canlı yayıma çıxıb.


Femida.az xəbər verir ki, o, canlı efirdə istefa verdiyini açıqlayıb.

Kemeron ölkənin Avropa Birliyindən çıxmasından sonrakı dönəmə yeni baş nazirlə girməli olduğunu düşündüyünü deyib: “Bu qərar qulaqardı edilməməlidir. Britaniya xalqının qərarlarına hörmət etmək lazımdır. İndi AB ilə görüşlərə hazırlaşmalıyıq. Hər zaman böyük qərarlarla üzləşmək lazımdır”.

Kemeron Böyük Britaniyanın Avropa Birliyi ilə daha güclü olduğunu əlavə edib.

Kemeron eyni zamanda rəhbərlik etdiyi Mühafizəkarlar Partiyasında lider dəyişikliyinin önəmini qeyd edib. İstefa qərarına rəğmən Kemeron növbəti 3 ay baş nazir vəzifəsini icra edəcək.

Xatırladaq ki, dünən Böyük Britaniyada referendum keçirilib. Referendumla Britaniya xalqı Avropa Birliyindən çıxmaq qərarı alıb.

Açar sözlər:

Oxunub: 1557