Ansi Aqolli “Qarabağ”a qoşuldu


19:44     27 İyun 2016 agolli1.jpg

Albaniya yığmasının heyətində Fransada keçirilən Avropa çempionatının final mərhələsində çıxış etmiş Ansi Aqolli "Qarabağ"ın Avstriyada davam edən təlim-məşq toplanışına qatılıb.


Femida.az-ın Ağdam klubunun saytına istinadən məlumatına görə, o, bu gündən komandasının məşqlərində iştirak edəcək.

Aqolli Avro-2016-da Albaniya millisi ilə 3 matçda (2 oyunda kapitan kimi) meydanda olub. Onun yığması qrup mərhələsində 3 xalla 3-cü yerdə qərarlaşsa da, 1/8 finala vəsiqə qazana bilməyib.

Qeyd edək ki, Aqolli Azərbaycan çempionatları tarixində belə mötəbər turnirdə iştirak edən ilk futbolçu olub.

Açar sözlər:

Oxunub: 1713


Oxşar xəbərlər