“Türkiyə-İsrail yaxınlaşması İŞİD-i qıcıqlandırır” – İbrahim Nəbioğlu


20:36     29 İyun 2016 ibrahim5.jpg

“Türkiyə-Rusiya, Türkiyə-İsrail münasibətlərinin normallaşması müəyyən xarici qüvvələrin sərt reaksiyasına səbəb olacaqdı”.


Bu sözləri Femida.az-a açıqlamasında Azərbaycanın İstanbuldakı keçmiş baş konsulu İbrahim Nəbioğlu deyib.

Sabiq baş konsulun sözlərinə görə, Türkiyə çox ciddi sınaqdan keçir:

“Türkiyə ilə İsrail arasında buzlar əriməyə başlasa da, hələ ki bütün problemlər aradan qaldırılmayıb. Böyük ehtimalla, dünənki teraktı İŞİD törədib. Görünən odur ki, Türkiyə ilə İsrailin yaxınlaşması İŞİD-i qıcıqlandırıb. İŞİD İsraili özünün bir nömrəli düşməni kimi görür. Türkiyə çıx ciddi bir sınaqdan keçir. Təsadüfi deyil ki, Misirlə də münasibətlərin normallaşdırılmasının ilkin siqnalları artıq verilib. Yəqin ki, Türkiyə İsrail, Rusiya və Misirlə əlaqələri bərpa etdikdən sonra Almaniya ilə də yaxınlaşma siyasəti yürüdəcək. Bu gün Ərdoğanla Putin arasında telefon danışığı olub. Həm Avropadan təcrid olunmuş Rusiya üçün, həm də böhranın eşiyində olan Türkiyə turizmi üçün Rusiya-Türkiyə yaxınlaşması labüd idi. Putin rus turistlərin Türkiyədə dincəlməsi üçün heç bir maneənin qalmadığını artıq bəyan edib. Azərbaycan prezidenti İlham Əliyev Rusiya-Türkiyə münasibətlərinin normallaşmasında vasitəçilik missiyasını çox uğurla yerinə yetirdi. Rusiyanın Türkiyə ilə yaxınlaşması, sözsüz ki, Azərbaycanın da maraqlarına uyğundur”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 3170


Oxşar xəbərlər