Manatı nələr gözləyir? - Ekspert rəyi


03:54     30 İyun 2016 1431593702_vuqar.jpg

"Manatın məzənnəsinin yaxın zamanlarda necə dəyişəcəyi ilə bağlı yenə də müzakirələr gedir. Əslində mənzərə tamamilə sadədir: əgər dünən hərracda kommersiya banklarının yarım milyard dollarlıq sifarişi olubsa və yalnız onun 10 faizi ödənilibsə, deməli ən azı banklar istədikləri pulu alanadək manat ucuzlaşmalıdır".


Femida.az xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri iqtisadçı-ekspert Vüqar Bayramov bildirib. V.Bayramov bildirib ki, hətta Mərkəzi Bankın indiki mövcud müdaxilə səviyyəsində də dolların manata nisbətən bahalaşmasının qarşısını almaq mümkün deyil:

"Çünki bunu bazar tələb edir. Dollara bankların tələbi varsa deməli onlar manatlarını satıb xarici valyuta almaq istəyirlər. Ən sadə iqtisadi qanuna uyğun olaraq milli valyuta da nə qədər çox təklif olunursa onun dəyəri o qədər düşür. Əgər bütün bu iqtisadi qanunauyğunluqlara rəğmən manatın az da olsa güclənməsi müşahidə olunarsa bu bazardakı tarazlıq deyil, süni şəkildə inzibati müdaxilə nəticəsində mümkün ola bilər. Xarici valyutaya olan mövcud tələb heç bir halda manatın möhkəmlənməsinə zəmin yaratmır və ya Mərkəzi Bank rezervlərini bazara çıxarıb dollara olan tələbi ödəməlidir ki, manata təzyiq azalsın. Baş bank hələlik ehtiyatlarını qorumağa çalışdığı üçün mövcud şərtlər manatın dollara qarşı dəyər itirməsini diqtə edir".

Açar sözlər:

Oxunub: 2456