Döyüşə getməyən erməni əsgər “dəlixana”ya salınıb - VİDEO


17:35     30 İyun 2016 artur9.jpg

Ermənistanda əhalini hakimiyyətə qarşı qaldıran əsas səbələrdən biri də orduya və əsgərə qarşı olan diqqətsizlikdir. Dəfələrlə erməni analar bununla bağlı Sarkisyana qarşı mitinqlər ediblər.


Femida.az xəbər verir ki, Azadlıq radiosunun Ermənistan bürosu yaralı erməni əsgərinin acınacaqlı vəziyyəti ilə bağlı reportaj yayımlayıb. Reportajda qeyd olunur ki, 19 yaşlı Artur Hakobyan döyüşə getmədiyi üçün bərk döyülüb. Bundan sonra 19 yaşlı gənc əsgərdə güclü qorxu və psixoloji pozğunluqlar yaranıb.
Əsgərin yaxınları bildiriblər ki, onun döyülməsi ilə bağlı açılan cinayət işinə xitam verilib. Heç kim cəzalandırılmayıb və məsuliyyətə cəlb edilməyib.
Əsgərin xalasının dediyinə görə orduda belə hallar tez-tez baş verir. Ancaq heç kim məsuliyyətə cəlb olunmur.

Reportajdan da göründüyü kimi komandiri tərəfindən döyülən əsgərin ciddi psixoloji problemləri yaranıb. Hətta o sərbəst hərəkət edə bilmir.

Əsgərin anası deyib ki, oğlunu döydükdən sonra ruhi disponserə yerləşdiriblər. Oradan oğlanlarını çətinliklə çıxarıblar. İndi də onun vəziyyəti ağırdır.


Femida.az Azatutyun -a istinadən reportajı təqdim edir:




Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 4673


Oxşar xəbərlər