Partlamamış hərbi sursat tapılıb


21:57     01 İyul 2016 anama%20yeni.jpg

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən bu gün Tərtər, Ağdam və Füzuli 1 ev və həyətyanı sahə, 1 ferma, 4 əkin sahəsi, 10 partlayış yerinə baxış keçirilib.


ANAMA-dan Femida.az-a verilən məlumata görə, baxış zamanı Tərtər və Füzulidə 3 ədəd partlamamış hərbi sursat (1 ədəd 122 mm-lik top mərmisi, 1 ədəd 125 mm-lik tank mərmisi və 1 ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb. Gün ərzində 14 900 kv. m ərazi təmizlənib.

Ümumilikdə agentlik tərəfindən 7 Aprel – 01 iyul 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 621 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 29 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 565 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 8 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Açar sözlər:

Oxunub: 959