İstanbulu qana bulayanlar Rusiya vətəndaşları çıxdı
02:01 02 İyul 2016
Türkiyəni qana bulayan, 43 nəfərin ölümünə, 239 nəfərin yaralanmasına səbəb olan terror aktını törədən üç şəxsdən ikisinin kimliyi rəsmən məlum olub.
Femida.az-ın məlumatına görə, terrorçuların adı Rakim Bulqaqov və Vadim Osmanovdur. Onların üzərindən Rusiyanın şəxsiyyət vəsiqəsi tapılıb.
Rusiya vətəndaşlarının kirayə tutduqları ev məlum olub. Terrorçular evdən çıxdıqdan sonra məlumtları silmək üçün "hard disk"i əvvəl kəsici alətlə deşərək zibilə atıblar. Bir müddət əvvəl isə Türkiyə mətbuatında şübhəlilərlə bağlı polislərin "WhatsApp"yazışması da yayılıb.
Bu yazışma hadisədən 5 dəqiqə öncə olub. Yazışmadan aydın görünür ki, onların geyimləri, daha doğrusu, yay günü gödəkçə geyinmələri polisi şübhələndirib. Polislərdən biri yoldaşına naməlum şəxslərin oğruya bənzədiklərini deyib və onları izləməyi tapşırıb.
Oxunub: 5580
Oxşar xəbərlər
- İstanbulu qana boyayan terrorçu tutuldu - VİDEO
- İstanbulun sabiq valisi həbs olundu
- İstanbulu Tacikistan əsilli terrorçular partladıb - Foto
- İstanbulu qana bulayan terrorçuların - FOTOLARI
- İstanbulu partladan 4 nəfər tutuldu
- İstanbulu partladan terrorçunun fotosu + (VİDEO)
- İstanbulu partladan İŞİD-çinin FOTOSU
- İstanbulu partladanın kimliyi bilindi
- İstanbulu kim partlatdı?