Neft şirkəti rəhbərinin meyiti tapılıb


02:57     04 İyul 2016 6d57c52111011d8d5b2356f6d38f3965.jpg

Yunanıstanın “Mamidoil Jetoil” neft şirkətinin sahibi Kiriakos Mamidakis Afina şəhəri yaxınlığındakı evində ölü tapılıb.


Femida.az-ın Bloomberg agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə adının açıqlanmasını istəməyən Yunanıstan polisinin nümayəndəsi bildirib.

Kiriakos Mamidakisin meyiti tapılarkən yanında tapança da olub. “Mamidoil Jetoil” şirkətinin iflasa uğramaq ərəfəsində olduğu qeyd olunur. 600-dan çox yanacaqdoldurma məntəqəsi və 7 neft tankerinə malik olan şirkət həmçinin Bolqarıstan və Albaniyada fəaliyyət göstərir.

Femida.az

Açar sözlər:

Oxunub: 1309