“Metsamor”la bağlı mühüm qərar – Almanlar bizi müdafiə etdi


16:46     04 İyul 2016 13559091_1414533648560694_4947423207344438366_o1467372807.jpg

`Ermənilər təklifin əleyhinə çıxış etsələr də, düzəliş qəbul olundu`.


Bu sözləri Femida.az-a açıqlamasında Tiflisdəki ATƏT Parlament Assambleyasının iclasında Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Tahir Mirkişili deyib.

Tahir Mirkişili bildirdi ki, bütün komitələrin iclaslarında Azərbaycanın xeyrinə düzəlişlər qəbul olundu:

“Bu gün artıq dördüncü gündür ki, ATƏT Parlament Assambleyasının hər üç komitəsində iclaslar gedir. Bu iclasların hamısında Azərbaycan tərəfinin düzəliş və əlavələri qəbul edilib. Qəbul edilmiş əlavələr əsasən həlli uzadılmış münaqişələr, qadım və uşaqların konfliktlərə cəlb olunması, iqtisadiyyat sahəsində köhnəlmniş texnologiyalarla işləyən nüvə stansiyalarının istifadə olunmaması ilə bağlı idi”.

Millət vəkilinin sözlərinə görə, “Metsamor”la bağlı düzəliş qəbul olunarkən Almaniya deputatları Azərbaycanın təklifini dəstəklədi:

“Metsamor AES-lə bağlı Azərbaycan nümayəndə heyətinin təklifi qəbul olundu. Biz bildirdik ki, nüvə stansiyalarının köhnəlmiş, sıradan çıxmış və yaxud da bu gün istifadə olunmayan texnologiyalarla idarə olunması düzgün deyil. Təklif konkret olaraq Metsamor AES-lə bağlı olmasa da, söhbət ATƏT regionundan gedirdi. Amma əslində analiz aparsaq, görərik ki, ATƏT regionunda belə bir stansiya yalnız Metsamor AES-dir. İqtisadiyyat, Elm və Texnologiyalar komitəsinin yekun qətnaməsinə müzakirələrdən sonra sözügedən düzəliş qəbul olundu. Almaniya nümayəndə heyəti də bu təklifin lehinə səs verdi”.



Tahir Mirkişili sonda qeyd etdi ki, bu gün Ermənistan və Rusiya nümayəndə heyətləri milli azlıqlarla bağlı təklif irəli sürsələr də, Azərbaycan nümayəndə heyəti bu düzəlişin əleyhinə çıxdı:

“Bu gün isə insan haqları və demokratiya komitəsində Ermənistan və Rusiya nümayəndə heyətləri təkli irəli sürdülər. Onlar ATƏT regionunda zorakılıq və diskriminasiya ilə bağlı paraqrafa milli azlıq və dini qurupların əlavə olunmasına çalışırdılar. Biz bunun əleyhinə çıxış edərək bildirdik ki, zorakılıq və diskriminasiya kimi halların insanların milli və dini mənsubiyyətinə heç bir bağlılığı yoxdur. İştirakçılar Azərbaycanı dəstəklədilər və həmin müddəa qəbul olunamdı”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 2015


Oxşar xəbərlər