Ermənilər azərbaycanlı jurnalisti təhdid edir


19:13     04 İyul 2016 14676234284192632299_1000x669.jpg

Rusiyada yaşayan azərbaycanlı jurnalist Fuad Malik oğlu Abbasov ermənilər tərəfindən təhdid olunur.



Femida.az xəbər verir ki, bu barədə jurnalist sosial şəbəkədəki hesabında məlumat yayıb. O, qeyd edib ki, ermənilərin təhdidləri real xarakter almağa başlayıb:

““Facebook”-da anonim mesajlardan doymayıb, şəhərdə önümü kəsərək açıq-aydın qorxutmağa çalışırlar”.

Jurnalist sosial şəbədəki dostlarından kömək istəyib: “Bu təhdidlərə qarşı qanun çərçivəsində nə edə bilərik? Xahiş edirəm Moskvadakı hüquqçu və ya vəkil dostlarımız mənə yazsınlar”.

Qeyd edək ki, Qarabağ cəbhəsində baş verən hadisələrlə bağlı Moskva televiziyalarında Azərbaycanın haqlı mövqeyini müdafiə edən jurnalist Fuad Abbasov 6 il işlədiyi Türkiyənin İxlas Xəbər Agentliyindən uzaqlaşdırılmışdı.

Jurnalistə göndərilən məktubda buna səbəb kimi Moskvada işlərin yaxşı getməməsi göstərilib. Lakin jurnalist bu iddiaları təkzib etmişdi. Fuad Abbasov deyib ki, onun işdən çıxarılması Rusiyanın sifarişi olub.

Açar sözlər:

Oxunub: 2170