Döyüşdən qayıdan rus qırıcısı göydə partladı


00:29     07 İyul 2016 qiricis.PNG

Bəzi məlumatlara görə, Miq-23 hərbi təyyarəsi İŞİD qruplaşması tərəfindən vurulub.


Liviyanın ikinci ən böyük şəhəri olan Benqazi yaxınlığında Rusiya ihtehsalı olan Miq-23 hərbi təyyarəsi qəzaya düşüb. ANS PRESS-in məlumatına görə, qəzaya səbəb texniki nasazlıq olub.

Aviaqəza zamanı qırıcının pilotu Liviya Hərbi Hava Qüvvələrlərinin polkovniki İdris əl Obeydi həlak olub. Qırıcı general-leytenant Xəlifə Xaftarunun rəhbərlik etdiyi güclərin tərkibinə daxil olub və İŞİD terror qruplaşmasının mövqeyinə hücümdan qayıdarkən Benqazi yaxınlığında yerləşən El-Kuvarşada qəzaya uğrayıb. Qırıcının düşdüyü ehtimal edilən əraziyə axtarış qrupu yollanıb.

Açar sözlər:

Oxunub: 5678