USUS Saakaşvilinin avtomobili oğurlandı

Saakaşvilinin avtomobili oğurlandı


15:05     07 İyul 2016 saaakisvili.jpg

Ukraynanın paytaxtı Kiyevdə Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin "Toyota Land Cruiser" avtomobili naməlum şəxslər tərəfindən qaçırılıb.


Bu barədə Femida.az Ukrayna KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən avtomobilin dəyəri təxminən altı milyon qrivnadır (15,5 milyon rubl). Onun kriminal avtoritet Serqo Qlontinin əlaltıları tərəfindən qaçırıldığı ehtimal edilir.

Saakaşvilinin adətən ictimai tədbirlərə ucuz avtomobillə gəldiyi bildirilir.

Xatırladaq ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ötən il mayın sonunda Odessa vilayətinə rəhbər təyin edilib.

Açar sözlər:

Oxunub: 1483