Gülər Əhmədovanın məhkəməsi təxirə düşdü


01:13     09 İyul 2016 150439_src.jpg

Bakı Apellyasiya Məhkəməsində sabiq millət vəkili Gülər Əhmədovanın ölkədən çıxışına qoyulan qadağanın götürülməsi ilə bağlı apellyasiya şikayəti üzrə məhkəmə prosesi iyulun 12-də davam etdiriləcək.



Femida.az-ın Virtualaz.org-a istinadən məlumatına görə, bu barədə Gülər Əhmədovanın vəkili Adəm Məmmədov bildirib.

Məhkəmə qərarının bu günün ikinci yarısında elan ediləcəyi gözlənilsə də, vəkilə iclasın iyulun 12-nə təxirə salındığı deyilib.

Açar sözlər:

Oxunub: 805