Apreldə yaralanan tankçımız dünyasını dəyişdi


16:40     10 İyul 2016 Rahim-Tagiyev.jpg

Aprelin 2-də cəbhə xəttindəki döyüşlərdə ağır yaralanaraq həmin zamandan komada olan tankçı Tağıyev Rahim Qara oğlu dünyasını dəyişib.

Femida.az xəbər verir ki, bu barədə millət vəkili Aydın Mirzəyev öz feysbuk səhifəsində yazıb. Əslən Şəkinin kəndindən olsa da ailəsi ilə Mingəçevirdə yaşayan müddətdən artıq xidmət edən hərbi qulluqçu, tankçı Rahim Qara oğlu Tağıyev ailəsinin istəyi ilə o bu gün Mingəçevir Şəhidlər Xiyabanında dəfn ediləcək.

Allah rəhmət eləsin.

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 18673