Cüdoçularımız 4 medal qazandı


23:51     10 İyul 2016 cudocularimiz.jpg

Rusiya Federasiyasının Yakutiya vilayətində yeniyetmələr arasında cüdo üzrə VI Beynəlxalq "Deti Azii" oyunları keçirilir.

Azərbaycan Cüdo Federasiyasından Axar.az-a bildiriblər ki, məşqçi Nazim Umbayevin rəhbərliyi altında Azərbaycan cüdoçuları da yarışda iştirak edirlər.

Beynəlxalq yarışda təmsilçilərimiz 4 medal qazanıblar.

Oyunların ilk günündə cüdoçularımızdan Ağabəy Ağazadə (55 kq) qızıl, Əli Sadıxov (46 kq) və Nazir Talıbov (50 kq) gümüş medal qazanıblar. Yarışın ikinci günü isə Vüsal Şamilov (73 kq) bürünc medala sahib olub.

Qeyd edək ki, üç gün davam edəcək "Deti Azii" oyunlarına sabah yekun vurulacaq.

Açar sözlər:

Oxunub: 1473