“Qarabağ“dan möhtəşəm qələbə


03:04     13 İyul 2016 qarabag15iyul.jpg

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına start verilib.


Femida.az xəbər verir ki, Ağdam təmsilçisi evdə Lüksemburq çempionu "Düdelanj"ı qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyun saat 21:00-da başlayıb.

Qarabağ" matçın 10-cu dəqiqəsində Riçard Almeydanın penaltidən vurduğu qolla hesabı açıb: 1-0. "Qarabağ" matçın 27-ci dəqiqəsində R. Almeydanın qolu ilə fərqi artırıb: 2-0.

Oyun "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1302