İlham Əliyevdən daha iki sərəncam


21:25     29 İyun 2015 40a87ea882a4712b5efc36ffa91dd4ef8.jpg

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev I Avropa Oyunlarında çıxış etmiş idmançıların “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.


Femida.az xəbər verir ki, sərəncama əsasən Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə aşağıdakı idmançılar “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:

Babayev Nazim Tahir oğlu
İbrahimov Hayle Desta
Məcidov Məhəmmədrəsul Yusupoviç

***

Azərbaycan Prezidenti İlham Əliyev Bakı 2015 Avropa Oyunları üzrə Koordinasiya Komissiyası sədrinin müavini Zlatko Matesanın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən I Avropa Oyunlarının təşkili və uğurla keçirilməsində səmərəli fəaliyyətinə görə Bakı 2015 Avropa Oyunları üzrə Koordinasiya Komissiyası sədrinin müavini Zlatko Matesa “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Açar sözlər:

Oxunub: 930