Ermənilər atəşkəsi 655 dəfə pozub


17:14     13 İyul 2016 ateskes1_7020.jpg

İyun ayında erməni silahlı bölmələri atəşkəs rejimini 655 dəfə pozub.


Femida.az-ın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

İyun ayı ərzində erməni silahlı bölmələri Silahlı Qüvvələrimizin Ağdam, Füzuli, Cəbrayıl, Tərtər, Xocavənd, Goranboy, Qazax, Gədəbəy, Tovuz, Göygöl və Ağstafa rayonlarında yerləşən mövqelərini atəşə tutub.

Qeyd edək ki, may ayında atəşkəs 2475 dəfə pozulub.

Açar sözlər:

Oxunub: 1330