“2“ alanların sayı 17 min nəfər azalıb - Nazirlik


18:05     13 İyul 2016 0tn.jpg

Son 3 ildə ümumi təhsil pilləsini bitirən məzunların arasında "2" qiyməti alanların sayı azalmaqdadır.


Femida.az xəbər verir ki, bu barədə Təhsil TV-nin “Təməl” verilişində Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, buraxılış imtahanlarının nəticələri ildən-ilə yaxşılaşır: "2013-cü ildə 9-cu siniflər üzrə hər iki fəndən 42 faiz uşaq müsbət qiymət almışdı, 2014-cü ildə bu faiz 62, 2015-ci ildə 64, 2016-cı ildə isə 67 faiz təşkil edib.

Rəqəmlərlə desək, il ərzində orta məktəbi 100-110 min şagird bitirir. 2012-ci ildə 55 minə qədər şagird hər iki fəndən müsbət qiymət alırdısa, bu il hər iki fəndən "2" alanların sayı 38 minə qədər düşüb. Yəni "2" alanların sayı 17 min nəfər azalıb. Bu tendensiya davamlıdır".

Femida.az

Açar sözlər:

Oxunub: 1071


Oxşar xəbərlər