Yaponlardan uyğur türklərinə - DƏSTƏK


22:16     29 İyun 2015 4%20femida.jpg

Çinin müharibə gəmilərinə yaxınlaşan Yapon gəmiləri gəmidən Şərqi Türküstanın mavi ay-ulduzlu bayrağını asıb.


Femida.az Turkhaber-ə istinadən xəbər verir ki, yaponiyalı gənclər gəmilərində Türküstan bayrağını dalğalandırıb. Çinin haqqı olduğunu iddia etdiyi Yaponiyaya aid Senkaku adası ətrafı Yapon sularına Çin Dəniz Qüvvələri tərəfindən hücum etməsi Yaponiyanın Çin rəhbərliyinə sərt xəbərdarlığı ilə nəticələnib.

Bununla kifayətlənməyən 30 nəfərlik Yapon qrupu Yaponiya və Şərqi Türküstan bayraqları asdıqları gəmilərlə Çin sularına giriblər. Uzun müddət Çinlə qarşıdurmalar yaşayan yaponlar çinlilərin gözü önündə Şərqi Türküstan və Yaponiya bayraqlarını dalğalandırdıqdan sonra Yaponiyaya geri qayıdıblar.








Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 1360


Oxşar xəbərlər