Terrordan ziyan çəkənlərə medal veriləcək


03:44     14 İyul 2016 publika.az1447621938fransa.jpg

Fransa Prezidenti Fransua Olland terror hadisələrindən ziyan çəkmiş fransızlar və əcnəbi vətəndaşlar üçün medal təsis etmək qərarına gəlib.


Femida.az RİA Novosti-nin Yelisey sarayından əldə etdiyi məlumata istinadən bildirir ki, medal 2006-cı ilin yanvarın 1-dən terror hücumlarından zərər görənlərə təqdim ediləcək.

Xatırladaq ki, Fransada sonuncu böyük terrorlar silsiləsi ötən ilin noyabrın 13-də Parisdə və ona yaxın Sen-Denidə üç terror qruplaşması tərəfindən törədilmişdi. Nəticədə 130 nəfər həlak olmuş, 350-dən artıq şəxs yaralanmışdı.

Açar sözlər:

Oxunub: 1329


Oxşar xəbərlər