Bahçeli prokurorluqda ifadə verib


02:52     14 İyul 2016 devlet-bahceli-vakif-kurdu-.jpg

Türkiyənin müxalifət partiyası olan MHP-nin sədri Devlet Bahçeli prokurorluqda ifadə verib.


Femida.az-ın “Haberler”ə istinadla verdiyi xəbərə görə, Bursa prokurorluğu tərəfindən icra edilən istintaq işi çərçivəsində D.Bahçeli Ankara prokurorluğuna çağırılıb.

İfadədən sonra jurnalistlərə açıqlama verən D.Bahçeli deyib: "Hamınızın bildiyi kimi, TBMM millət vəkilliyi toxunulmazlığının ləğvi ilə bağlı qanun qüvvəyə minib. Bu qanun çərçivəsində MHP sədri və Osmaniye millət vəkili olaraq bəzi vilayətlərimizdə keçirilən siyasi söhbətlərlə bağlı istintaq işi açılıb. Mətbuat bu məsələni çox şişirdib. İfadə vermək prosesi çox nəzakətli bir üslubda icra edildi.

İfadə verməyimlə bağlı şişirdilmiş yazılar da gedib. Lakin bugünkü əməliyyat zamanı baxıldı ki, zənglər çox nəzakətlə edilib. Əməliyyatlar də eyni çərçivədə davam edib."

Qeyd edək ki, TBMM-in 57 üzvü haqqında məhkəmə prosesi başlayır.

Onlar haqqında 117 sənəd Ədliyyə Nazirliyindən prokurorluqlara göndərilib.

Deputatlar arasında ölkənin əsas müxalifət partiyası olan CHP-nin sədri Kemal Kılıçdaroğlu, MHP sədri Devlət Bahçeli, HDP-nin həmsədrləri Selahattin Demirtaş və Figen Yüksekdağ da var.

Xatırladaq ki, iyunun 8-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deputat toxunulmazlığı ilə əlaqədar konstitusiyada dəyişiklik edilməsini nəzərdə tutan qanunu təsdiqləyib.

Mayın 20-də TBMM-də çoxdandır, müzakirə olunan qalmaqallı təklif - deputat toxunulmazlığının ləğvi haqqında konstitusiya dəyişikliyi qəbul edilib.

Açar sözlər:

Oxunub: 1199