Cəbhəyanı kəndlər hasarlanacaq


17:15     14 İyul 2016 hasar.jpg

Azərbaycan hökuməti yerli əhalini erməni atəşindən qorumaq məqsədilə Tərtər rayonunun bir sıra kəndlərində daş-beton hasarlar tikməyi planlaşdırır.


Femida.az virtualaz.org-a istinadən bildirir ki, bununla əlaqədar Azərbaycan Ərazilərin Bərpası və Yenidən qurulması Agentliyi hasarı tikəcək podratçı şirkəti müəyyənləşdirmək üçün təkliflərin qiymətləndirilməsini aparır.

Hasarlar cəbhə xəttindən 3 kilometr aralıda yerləşən Qaradağlı və Qapanlı kəndlərində tikiləcək. Tikinti işləri Azərbaycanın dövlət büdcəsinin vəsaiti hesabına aparılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1130