Kompüter oğurladı - 6 il həbs cəzası aldı


20:00     14 İyul 2016 ogurluq%20magaza.PNG

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Kamran Muradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az-ın məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Kamran Mahmudov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Bakı şəhər sakini Kamran Muradov martın 17-də yaxalanıb.

K.Muradov evlərdən qızıl-zinət əşyaları, məişət avadanlıqları, xeyli miqdarda pul və fabrikdən kompüterlər oğurlamaqda təqsirləndirilir.

Açar sözlər:

Oxunub: 1103