İlham Əliyev Ollanda başsağlığı verdi


15:23     15 İyul 2016 dba38-ilham-eliyev36.jpg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Prezidenti Fransua Ollanda başsağlığı verib.


Femida.az məktubun mətnini tədim edir:

"Nitsa şəhərində törədilmiş dəhşətli terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca sarsıtdı.

Biz bu qəddarlıq əməlindən son dərəcə hiddətlənir, bütün dünya üçün dəhşətli bir bəlaya çevrilmiş terrorizmə qarşı mübarizə sahəsində qüvvələrin səfərbər olunmasını, birgə və qətiyyətli səylər göstərilməsini vacib və zəruri hesab edirik.

Bu ağır anlarda kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".

Femida.az

Açar sözlər:

Oxunub: 884