İncirlikdə gizli görüş – Detallar


22:10     15 İyul 2016 1468589585.jpg

ABŞ, YPG-nin çoxluq təşkil etdiyi Suriya Demokratik Qüvvələri və Türkiyə İncirlik hərbi bazasında gizli görüş keçirib.


Femida.az xəbər verir ki, “Vol Strit Jurnal” qəzeti bu barədə məlumat yayıb.

Məlumata görə, görüş bu ilin mayında baş tutub.

Müzakirələr zamanı Türkiyənin Menbic əməliyyatına razılıq verilib. İddiaya görə, Türkiyənin dəstəyi ilə bərabər, əməliyyatlarda ABŞ xüsusi təyinatlıları və ərəb döyüşçüləri də iştirak edəcək. Qəsəbə azad edildikdən sonra rəhbərlik əksəriyyəti ərəblərdən ibarət olan bir şuraya təhvil veriləcək.

Razılaşma Obama-Ərdoğan görüşündən dərhal sonra baş tutub.

Femida.az

Açar sözlər:

Oxunub: 1304


Oxşar xəbərlər