Şevçenko baş məşqçi oldu


03:22     16 İyul 2016 sevcenko.jpg

Futbol üzrə Ukrayna yığmasının keçmiş hücumçusu Andrey Şevçenko milli komandanın baş məşqçisi təyin olunub.


Femida.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Federasiyası rəsmi məlumat yayıb.

Bildirilib ki, 39 yaşlı mütəxəssislə iki illik müqavilə bağlanılıb. Şevçenkonun komandasında italiyalı Mauro Tassotti və Andrea Maldera, həmçinin bundan əvvvəl (2014-2016) Kiyev “Dinamo”sunda baş məşqçinin köməkçisi vəzifəsində çalışan ispaniyalı Raul Rianço daxildir.

Qeyd edək ki, “Avro-2016”da Ukrayna millisi qrupda keçirdiyi hər üç oyunda bir qol belə vurmadan məğlub olub. Bu səbəbdən komandanın baş məşqiçsi Mixail Fomenko turnir başa çatdıqdan sonra istefaya göndərilib.

Açar sözlər:

Oxunub: 1223


Oxşar xəbərlər