Övladının dərmanını içdi - Zəhərləndi


14:30     30 İyun 2015 89906.jpg

Şəkidə üç uşaq anası dərmandan zəhərlənib.


Femida.az xəbər verir ki, Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, rayonun Qoxmuq kənd sakini, 1984-cü il təvəllüdlü Xəyalə Etibar qızı Məmmədova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, üç uşaq anası olan Xəyalə Məmmədova bilməyərək xəstə övladı üçün təyin edilən dərmanı qəbul edərək zəhərlənib.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Xəyalə Məmmədovaya lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Açar sözlər:

Oxunub: 574


Oxşar xəbərlər