DYP əməkdaşları ilə görüş keçirildi


04:59     16 İyul 2016 dyp5.jpg

“Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin nümayəndələri Naftalan şəhərində və Göygöl rayonunda Dövlət Yol Polisi şöbələrinin əməkdaşları ilə görüşlər keçiriblər.


İctimai Birlikdən Femida.az-a bildiriblər ki, görüşlər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən “Yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında ictimai təşəbbüslərin gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunub.

Görüşlərdə ekspertlər yol hərəkəti haqqında və inzibati məsuliyyətlə bağlı qanunvericilikdəki yeniliklərə dair DYP əməkdaşları ilə söhbətlər aparıb, sürücülərlə ünsiyyətə daha çox önəm verilməsinin vacibliyini qeyd ediblər. Yol polisi əməkdaşlarına sürücülərlə münasibətlərin daha da təkmilləşdirilməsi, bu sahədə qanunvericiliyin tələblərinin maksimum dərəcədə öyrənilməsi, iş prosesində tətbiqinin faydalılığı və digər məsələlərlə bağlı tövsiyələr verilib.

Sonra hüquqşünas Ərşad Hüseynov, “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Elməddin Muradlı yol polisi əməkdaşlarını maraqlandıran sualları cavablandırıblar.

Layihə çərçivəsində yol polisləri ilə görüşlər davam etdiriləcək.

Açar sözlər:

Oxunub: 1278