Diplomatlarımız gücləndirilmiş rejimə keçdi


15:29     16 İyul 2016 Azerbaycan1.jpg

Türkiyədəki diplomatik nümayəndəliklərimiz gücləndirilmiş iş rejiminə keçib.


Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Bu barədə Femida.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Xatırladaq ki, qardaş ölkədə Azərbaycan Türkiyədəki səfirliyi, eləcə də İstanbul və Qarsda baş konsulluğu fəaliyyət göstərir.

Qeyd edək ki, ötən gün Türkiyə də dövlət çevrilişinə cəhd olub. Hadisə nəticəsində 60 nəfər ölüb, 120-dən çox insan yaralanıb. Türkiyə Silahlı Qüvvələrinin 5 generalı və 29 polkovniki məlum hadisələrə görə, vəzifəsindən azad edilərək saxlanılıb.

Anadolu Agentliyi isə III Ordu Hərəkat Qərargah rəhbəri, general Ekrem Çağlar da saxlanıldığını yazıb. Bundan əlavə, Türkiyədə baş vermiş hərbi çevriliş cəhdi ilə bağlı 754 nəfər saxlanılıb.nəfər saxlanılıb.

Açar sözlər:

Oxunub: 1565