Çevrilişə görə daha 2 general saxlanıldı


00:23     17 İyul 2016 1468683418.jpg

Türkiyədə Fətullah Gülən şəbəkəsinin hərbi çevriliş cəhdi ilə bağlı aparılan araşdırmalar çərçivəsində 2-ci Ordu komandanı, general Adəm Huduti və 2-ci ordu Qərargah rəisi, həmçinin Malatya Qarnizon komandanı, general Avni Angün polis tərəfindən saxlanılıb.


Femida.az xəbər verir ki, bu barədə “Hüriyyət” məlumat yayıb.

Qeyd edək ki, dünən gecə baş vermiş hərbi çevrilişin əsas təşkilatçıları sayılan 10 nəfər saxlanılıb.

Onlardan 6-nın hərbçi olduğu bildirilib.

Çevrilişdə iştirak edən Fateh Kılınç adlı zabitin isə ölü olaraq ələ keçirildiyi vurğulanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1117


Oxşar xəbərlər