ANS TV-nin yayımı dayandırılıb


23:41     18 İyul 2016 8ce662b728539f92e8d1539d4fe2e6d3.jpg

ANS Televizyasının və radiosunun yayımı dayandırılıb. Bu barədə APA-ya ANS-dən məlumat daxil olub.


Məlumata görə, ANS-in yayımının dayandırılmasına səbəb hazırda ABŞ-da olan Fətullah Gülənin Türkiyə əleyhinə olan müsahibəsinin yayımının qarşısını almaqdır.

Yayımın dayandırılması ilə bağlı qərarı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi qəbul edib.

Qeyd edək ki, bu gün ANS TV ABŞ-dakı müxbiri Qənirə Ataşovanın Fətullah Gülənlə müsahibəsini yayacağı ilə bağlı anons yayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 4090