Prezidentlik müddəti 5 ildən 7 ilə artırılır


00:40     19 İyul 2016 8%20mart%20prezident%20tebrik.jpg

Azərbaycanda prezidentin səlahiyyət müddətinin artırılması nəzərdə tutulub.


Femida.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə imzaladığı sərəncamda əksini tapıb.

Sənədə əsasən, Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin I hissəsində “5” rəqəmi “7” rəqəmi ilə əvəz edilir və Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər.

Femida.az

Açar sözlər:

Oxunub: 2091