Deputat seçilmək üçün yaş həddi 18 ola bilər


01:31     19 İyul 2016 110x78x7b7a17b85a0bd9978c48c38816bc876a.jpg.pagespeed.ic.z9TLVC7MY6.jpg

Azərbaycanda parlament seçkilərində iştirak üçün yaş həddi 18 ola bilər.


Bu barədə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə imzaladığı sərəncamda qeyd edilib.

Sənədə əsasən, Azərbaycan Konstitusiyasının 85-ci maddəsinin I hissəsində “yaşı 25-dən aşağı olmayan” sözlərinin “seçkilərdə iştirak etmək hüququna malik olan” sözləri ilə əvəz edilməsi nəzərdə tutulur.

Femida.az

Açar sözlər:

Oxunub: 4268