Ruhani də Ərdoğana zəng edib
03:12 19 İyul 2016
İran prezidenti Həsən Ruhani və Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan arasında telefon danışığı olub.
Femida.az xəbər verir ki, söhbət İran tərəfinin təşəbbüsü ilə baş tutub.
Söhbət zamanı H.Ruhani deyib ki, İran həmişə Türkiyənin qanuni hökumətinin yanında olub və olacaq.
H.Ruhani Türkiyə xalqının demokratiya yolu ilə seçdiyi hökuməti müdafiə etməsini təqdirlayiq adlandırıb: «Sevindirici haldır ki, Türkiyə xalqı çevrliş cəhdi zamanı yüksək siyasi düşüncə göstərib və sübut etdib ki, bölgədə zorakılıq qaydalarına yer yoxdur. Türkiyədə sabitliyin güclənməsi bölgədə sabitliyin güclənməsinə zəmin yaradacaq”.
Türkiyə prezidenti R.T.Ərdoğan, öz növbəsində, prezident H.Ruhaniyə təşəkkürünü bildirib və deyib ki, top və tanklar bir qrup insanın şəhid olmasına səbəb ola, bilər lakin bir xalqın dəyərlərini əlindən ala bilməz: “Bu gün keçmişdən daha da qərarlı olaraq öz yolumuzu davam etdirəcəyik. Biz İran və Rusiya ilə əməkdaşlıq edərək, əl-ələ verib bölgədəki problemləri həll etməyi qərara almışıq. Çalışacayıq ki, bölgədə sülh və sabitlik yaradılsın“.
Oxunub: 1494
Oxşar xəbərlər
- Ruhani Bakıya gəlir
- Ruhani İlham Əliyevə təşəkkür edib
- Ruhani Əsədlə telefonda danışıb
- Ruhani Bakıya gələcək
- Ruhani Myanmar cinayətindən danışdı
- Ruhaninin yeni köməkçiləri qadınlar olacaq
- Ruhani Sarkisyanla Qarabağı müzakirə etdi
- Ruhaninin andiçmə mərasimi keçirilib
- Ruhaninin qardaşı azad edildi - Pul girovu müqabilində
- Ruhaninin həbs olunan qardaşı xəstəxanaya düşdü