Binəli Yıldırımdan ABŞ-a sərt reaksiya


17:56     19 İyul 2016 binali-yildirim.jpg

“ABŞ bizim dostumuz, strateji tərəfdaşımızdır. ABŞ rəhbərliyinə səslənirəm: seçki yolu ilə iqtidara gələn hakimiyyəti məhv etmək cəhdindən daha yaxşı hansı sübut ola olar?”


Femida.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım bildirib. O, qeyd edib ki, terroçuların başçısı Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi üçün Ədliyyə Nazirliyi tərəfindən ABŞ-a 4 dəfə müraciət edilib.

“Bizdən sübut təqdim etməyimizi istəyirlər. Biz yenə də onlara istədikləri qədər sübut təqdim edəcəyik. Siz 11 sentyabrda “Əkiz qüllələr” vurulan zaman terrorçuları tələb edərkən sübut istədiniz? Bin Ladden üçün sübut axtarmadınız, amma Fətullah terror təşkilatı üçün təkidlə dəlil istəyirsiniz?” - deyə B.Yıldırım vurğulayıb.

Baş nazir bildirib ki, Türkiyə vətəndaşları çevrilişə cəhd edən şəxslərin cəzalandırılması məsələsində rahat olmalıdır: “Bu cinayətə ən ağır cəza veriləcək. Lazımi tədbirlər görüləcək. Millətin mesajı başımızın üstündədir. Müstəqil məhkəməmiz günahkar və günahsızı bir-birindən ayıracaq”.

Açar sözlər:

Oxunub: 1253