15 min təhsil işçisi qovuldu - Türkiyədə


22:32     19 İyul 2016 ffb7e6ac93650328bf4bf58aadce0147.jpg

Türkiyədə iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdindən sonra dövlət qurumlarında başlanmış təmizləmə əməliyyatının miqyası getdikdə böyüyür.


Femida.az "Hürriyet"ə istinadən xəbər verir ki, Türkiyə Milli Təhsil Nazirliyi sistemindən 15 mindən çox insan qovulub. "Nazirliyimizin mərkəzi aparatı və bölgə təşkilatlarında çalışan, FETÖ ilə əlaqəli şəxslərlə bağlı genişmiqyaslı araşdırma aparılır. Bu gün etibarilə 15 min 200-dən çox dövlət personalı işdən kənarlaşdırılıb. Bu şəxslər haqqında təhqiqata başlanıb", - deyə nazirliyin açıqlamasında bildirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1721