Hərbi təyyarənin qəza görüntüləri (VİDEO)


22:11     30 İyun 2015 fa3b9f49-ab59-4a7c-bdf4-6b463c862f3a.jpg

ABŞ istehsalı olan İndoneziyaya məxsus Hercules C-13- hərbi-nəqliyyat təyyarəsi Sumatra adasının şimalında, Medan şəhərində otel və yaşayış məhəllələrinə düşüb, nəticədə ən azı 30 nəfər həlak olub.


Femida.az-ın məlumatına görə, bu barədə “Reuters” agentliyi İndoneziya hökumətinə istinadla məlumat verib.

“Son məlumatlara əsasən, 30 nəfər ölüb... Ölənlərin sayı arta bilər”,- deyə agentlik İndoneziya xilasetmə xidməti nümayəndəsi Hisar Turnipin sözlərindən sitat gətirib.

Təyyarə İndoneziyanın Medan hava bazasından havaya qalxıb və Natuna adasına doğru istiqamət alıb, deyə ordu nümayəndəsi Faud Basya dəqiqləşdirib.

Yerli KİV-in məlumatına əsasən, aviaqəza İndoneziyanın ərazisinə görə üçüncü böyük şəhəri Medan ətrafında baş verib. Otel işçiləri iddia edirlər ki, təyyarə otel binası üzərində partlayıb. S-130 qalıqları iki yaşayış evi və elektrik ötürücü xətlərini zədələyib. Şahidlər qəza yerindən tüstü sütunu qalxdığını söyləyirlər.

Sputnik agentliyinin məlumatına əsasən, təyyarə göyərtəsində 12 heyət üzvü, o cümlədən sərnişinlər olub, onların sayı dəqiqləşdirilməyib. Mövcud məlumata əsasən, hava gəmisi pilotları problem aşkarlandıqdan sonra bazaya qayıtmaq istəyiblər. Dönmə həyata keçirən təyyarə bazadan təxminən beş kilometr məsafədə qəzaya uğrayıb.


Açar sözlər:

Oxunub: 810