Vaşinqtondan İrəvandakı çevriliş cəhdinə reaksiya


13:02     20 İyul 2016 hungry-history-cooking-for-the-commander-in-chief-20th-century-white-house-chefs-iStock_000004638435Medium-E.jpeg

ABŞ Ermənistanda zor gücü ilə siyasi dəyişikliklərə nail olmaq cəhdlərini pisləyir.


Femida.az-ın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bildirib.

“Biz Ermənistanda və hər yerdə zor gücü ilə siyasi dəyişikliklərə nail olmaq cəhdlərini pisləyirik və vəziyyətin normalaşdırılması üçün Ermənistan hakimiyyətini təmkinlik nümayiş etdirməyə çağırırıq”, deyə Toner bildirib.

“Ermənistandakı vəziyyətin Türkiyədəki hadisələrlə əlaqəsi varmı?” sualına Toner bildirib: “Ümid edirik ki, əlaqəsi yoxdur. Demokratik yolla seçilmiş hakimiyyətin devrilməsi həmişə pis ideya olub. Siyasi dəyişikliklər demokratik üsulla həyata keçirilməlidir”.

Qeyd edək ki, iyulun 17-də bir qrup silahlı şəxs İrəvan ətrafındakı Erebuni rayonunda polis şöbəsinin binasını ələ keçirib. Onları polis tərəfindən saxlanılmış Qarabağ müharibəsi veteranı Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər. Hadisə zamanı bir polis ölüb, 3-ü yaralanıb.

Girov saxlanılan şəxslər arasında Ermənistan polisinin rəis müavini general-mayor Vardan Yegiazaryan və İrəvan polisinin rəis müavini polkovnik Valeri Osipyan var.

Femida.az

Açar sözlər:

Oxunub: 2264


Oxşar xəbərlər