“Sarkisyanın oyunudur” – İrəvandakı müəmmalı qarşıdurma


15:50     20 İyul 2016 13823618_815304761939056_1559286016_n.jpg

“Bu, Moskva ilə İrəvan arasında qabaqcadan hazırlanmış ssenaridir”.


Bu sözləri Femida.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloqun fikrincə, Sarkisyan Qarabağ danışıqlarından Ermənistan xalqının narazı olduğunu bildirmək üçün bu yola əl atıb:

“9 nəfərlik silahlı dəstə polis şöbəsinə daxil olaraq bir neçə şəxsi girov götürüb. Bu olayların bütün Ermənistana genişlənmə ehtimalı yox dərəcəsindədir. Bütün bunlar hamısı Sarkisyan tərəfindən nizamlanan oyundur. Belə bir təsəvvür yaratmağa çalışırlar ki, Ermənistan xalqı danışıqlar prosesindəki müəyyən məqamlarla razılaşmır. Guya ki, danışıqlar belə davam etsə, ölkədə çevriliş ola bilər”.

Qeyd edək ki, artıq 4-cü gündür ki, silahlı qruplaşma Ermənistan Polisinin patrul-mühafizə alayının Erebuni rayonunda yerləşən binasını nəzarətdə saxlayır. Onlar polis tərəfindən saxlanılmış Qarabağ müharibəsi veteranı Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər. Dünən İrəvanda polis və mülki vətəndaşlar arasında baş vermiş toqquşmalar nəticəsində isə 4 polis əməkdaşı yaralanıb. Hazırda da polis şöbəsi silahlıların nəzarəti altındadır.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 2854


Oxşar xəbərlər