Saday Şəkərlinin məhkəməsi başladı


16:39     20 İyul 2016 saday0.jpg

Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə Saday Şəkərli barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.


Femida.az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin vəkilləri çıxış ediblər.

Dövlət ittihamçısı S. Şəkərlinin ittiham olunduğu 182.3.2-ci maddənin 182.2.4-cü maddəyə tövsif edilməsini istəyib.

Proses avqustun 3-də davam edəcək.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S. Şəkərli 10 il müddətinə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub. S.Şəkərli Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Femida.az

Açar sözlər:

Oxunub: 940