Oğrulara hökm oxundu


22:43     21 İyul 2016 1421915026_atasini-balta-ile-olduren-shexse-hokm-oxunub-cenubnews.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az-ın məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Vaqif Ağayev 8 il, Asəf Əliyev 9 il 6 ay, Elnur Əliyev 10 il, Elvin Əliyev 7 il 6 ay, Tural Əzizov isə 9 il 7 ay müddətində azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, dəstə üzvləri ötən il Bakı şəhər sakini Şəhla Əhmədovanın yaşadığı evdən içərisində 40 000 manat və 20 000 ABŞ dolları, habelə 50 000 manat dəyərində qızıl əşyalar olan seyfi oğurlayıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 1264


Oxşar xəbərlər