256 mənzil jurnalistlər arasında bölüşdürüləcək


22:41     22 İyul 2016 jurnlaist.jpg

“Azərbaycan bəlkə də dünyada yeganə ölkədir ki, jurnalistlər dövlət hesabına mənzillərlə təmin edilir”.


Femida.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib. Onun sözlərinə görə, 2013-cü ildə jurnalistlərə 156 mənzil verilib:

“Cari ilin sonuna isə daha 256 mənzilin jurnalistlər arasında bölüşdürülməsi məsələsinə baxılacaqdır. Ümid edirik ki, bu, hələ son deyildir”.

Ə. Həsənov deyib ki, regionda və dünyada baş verən hadisələrə və proseslərə nəzər salarkən olduqca ziyanlı təzahürlərin daha geniş vüsət aldığını görməmək mümkün deyil:

“Ayrı-ayrı ölkələrdə sabitliyin pozulması, vətəndaş qarşıdurmaları, sosial fəlakət və bu kimi digər neqativ hallar artıq günümüzün reallığına çevrilib. Qlobal informasiya məkanına nəzarət meylləri güclənir, müxtəlif xarici dairələr transmilli media resursları vasitəsilə bütün dünyaya öz baxışlarını təlqin etməyə, insanları müəyyən maraqlar çərçivəsində istiqamətləndirməyə çalışırlar və əfsus ki, müəyyən mənada buna nail olurlar. Bu gün biz özlərini demokratiya nümunəsi kimi təqdim edən ölkələrdə ayrı-ayrı irqlərin, xalqların və dinlərin nümayəndələrinə qarşı dözümsüzlüyün geniş vüsət aldığını, multikultural dəyərlərdən, tolerantlıqdan geriyə dönüşü müşahidə edirik`.

Femida.az

Açar sözlər:

Oxunub: 929


Oxşar xəbərlər